AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Real TV-nin qonağı olub.
“Rəqəmsal təbliğatın strateji istiqamətləri” mövzusuna həsr olunan verilişdə alim müasir dövrdə Azərbaycanda gedən rəqəmsallaşma proseslərindən bəhs edib, rəqəmsal dövlət və rəqəmsal cəmiyyət anlayışlarının ayrı-ayrı seqmentlər üzrə inkişaf etdiyini vurğulayıb.
Akademik Rasim Əliquliyev süni intellekt texnologiyalarının sürətli inkişafının yeni imkanlarla yanaşı, müəyyən risklər də yaratdığını diqqətə çatdırıb, bu texnologiyaların peşə sahələrinə təsiri və potensial çağırışları barədə fikirlərini bölüşüb. Alim mövcud reallıqlar kontekstində biliklərin daim yenilənməsinin, müasir texnologiyaların dərindən mənimsənilməsinin və rəqəmsal savadlılığın artırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.