Akademik Rasim Əliquliyev ARB televiziya kanalına müsahibə verib – VİDEO

09 Fevral 2026 - 09:30 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev ARB televiziya kanalına müsahibə verib

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ARB televiziya kanalının “Sən Demə” verilişinə müsahibə verib.

Akademik Rasim Əliquliyev “ARB” kanalının “Sən Demə” proqramında çıxışı zamanı süni intellekt texnologiyalarının cəmiyyətin inkişafındakı rolundan danışıb. Alim süni intellektin insan intellektini tamamlayan texnoloji vasitə kimi formalaşdığını qeyd edib. AMEA-nın vitse-prezidenti gələcəkdə bəzi peşələrin avtomatlaşdırıla biləcəyini və superkompüterlərin geniş imkanlara malik olacağını qeyd edib.

Alim cəmiyyətin tədricən sosiotexnoloji mərhələyə keçid etdiyini vurğulayaraq süni intellektin insanın imkanlarını genişləndirən əsas amillərdən biri olduğunu bildirib.