GEANT Assosiasiyasının rəsmi saytında “AzScienceNet-dən xəbər: Rəqəmsal səhiyyə sahəsində əməkdaşlığa dair memorandum” adlı xəbər dərc olunub.
Məlumatda Azərbaycan Tibb Universiteti və AR ETN İnformasiya Texnologiyaları İnstitutunun uzun illər davam edən əməkdaşlıq əlaqələri, aparılan birgə tədqiqatlar, həyata keçirilən layihələr, eyni zamanda iki qurum arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair imzalanan Memorandum haqqında məlumat verilib. Bildirilib ki, Memorandumda tibbdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair birgə elmi tədqiqatların aparılması, qrant layihələrində iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Xəbərin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz: connect.geant.org