Akademik Rasim Əliquliyev İTV-nin “Xəbərimiz var” proqramının qonağı olub – VİDEO

19 Yanvar 2026 - 11:02 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev İTV-nin “Xəbərimiz var” proqramının qonağı olub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub. 

Akademik Rasim Əliquliyev tibbi xidmətlərin elektron data bazasının yaradılması, məlumatların təhlükəsiz şəkildə saxlanılmasının təmin olunması və bu bazalardan istifadənin vətəndaşlar üçün real faydaları ilə bağlı sualları cavablandırıb. Alim bu istiqamətdə ölkəmizdə məsul dövlət qurumları tərəfindən atılan addımlar barədə məlumat verib, Səhiyyə Nazirliyi tərəfindən rəqəmsallaşma proseslərinə dəstək verildiyini, müxtəlif İKT layihələrinin həyata keçirildiyini vurğulayıb.

Akademik Rasim Əliquliyev çıxışında ölkədə data suverenliyinin təmin edilməsi, müxtəlif sahələr üzrə toplanan məlumatların vahid platforma əsasında təhlükəsiz şəkildə saxlanılmasının əhəmiyyətinə toxunaraq müvafiq dövlət strategiyalarında data ekosisteminin formalaşdırılmasına xüsusi diqqət ayrıldığını vurğulayıb.