ETN İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə institutun bir qrup əməkdaşı Bakı İdman Sarayında keçirilən konsert proqramında iştirak edib. Konsert proqramı 9 May – Qələbə Günü və Ulu Öndərin anadan olmasının 102 illiyi münasibətilə təşkil olunub.
Məlum olduğu kimi, İnstitutun Həmkarlar Komitəsi əməkdaşların sosial-iqtisadi mənafelərini, əmək hüquqlarını müdafiə etmək, onların sağlamlığı, əmək, istirahət və məişət şəraitini yaxşılaşdırmaq istiqamətində mühüm işlər görür.
Həmçinin mədəni-kütləvi tədbirlərin təşkili və idarə olunması, gənclərlə iş və asudə vaxtın səmərəli təşkili və s. də komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.