Kamera ilə təchiz edilmiş smartfonlar klassik fotoaparatları sıxışdıraraq bazardan çıxarıb. Buna görə də “Polaroid” şirkəti rəqabətə tab gətirmək üçün yeni yollar axtarışındadır.
itexpert.org.ua saytının verdiyi məlumata görə, Amerika istehsalçısı olan şirkət istənilən şəkili iOS və Android platformalı smartfon və planşetlərdən 2x3 düym ölçüdə sürətlə çap edə bilən Polaroid Zip mobil printerini CES 2015 sərgisində nümayiş etdirib.
Polaroid Zip həm fotonu çap etməyə, həm də əvvəlcədən bəzi dəyişikliklər aparmağa imkan verən xüsusi proqram vasitəsilə Bluetooth 4.0 və ya NFC yeni nəsil naqilsiz rabitə texnologiyası ilə smartfon və planşetlərə qoşulur.
İstehsalçının sözlərinə görə, bir ədəd batareya ilə 25 şəkil çap etmək mümkündür. Mürəkkəbsiz Zero Ink Printing çap texnologiyası əsasında hazırlanmış 130 ABŞ dolları dəyərində olan printer cari ilin yazında satışa çıxarılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.