ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Mədəniyyət” kanalının “Səhərçağı” proqramının qonağı olub.
Alim çıxışında süni intellektin faydaları, təhlükələri, trendlərinə dair çıxış edib, o cümlədən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn məsələlər barədə məlumat verib.
O, həmçinin süni intellektin inkişaf mərhələləri, mənbələri, ən çox tətbiq olunduğu sahələr barədə danışıb, bioaləmdən qaynaqlanan süni intellekt texnologiyaları haqqında məlumat verib.
R.Alıquliyev data analitika və data mühəndisliyi sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsinin müasir dövrün tələbi olduğunu və bu gənclərə böyük təlabatın olduğunu diqqətə çatdırıb.