AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTV-nin Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub.
Alim Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”ndan irəli gələn vəzifələr, o cümlədən Konsepsiyanın əhəmiyyətinə dair sualları cavablandırıb.
Akademik Rasim Əliquliyev ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən olan rəqəmsal texnologiyaların inkişaf etdirilməsi, “Virtual Azərbaycan”ın formalaşması istiqamətində görülən işlərdən bəhs edib. İnstitutun baş direktoru həmçinin Rəqəmsal İnkişaf Konsepsiyasının müvafiq dövlət qurumları, alimlər qarşısında qoyduğu vəzifələr, rəqəmsal savadlılığın artırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.