Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

20 Fevral 2025 - 20:00 | Konfranslar, İclaslar

Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak ediblər.

Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.

İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra görkəmli alim, AMEA-nın müxbir üzvü Rüfət Mirqasımovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.

Akademik İsa Həbibbəyli bildirib ki, 35 gün sonra, martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi tamam olur. Azərbaycan SSR Elmlər Akademiyası bu dövr ərzində çox çətin və şərəfli mərhələlərdən keçərək bizim günlərə gəlib çatmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illərin ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü olduğunu deyən akademik İsa Həbibbəyli sonrakı 1983-1993-cü illərdə Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da tədricən enmə və tənəzzülə meyl proseslərinin müşahidə edilməyə başlandığını, nəhayət, 1991-1993-cü illərdə böhran həddinə çatdığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 2003-cü ilə qədərki mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi tarixdə iz salıb.

Məruzədə qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına böyük uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə Akademiyanın inkişafını 2 mərhələyə - birinci, Akademiyanın modernləşdirilməsi dövrü – 2003-2022-ci illər və ikinci, Akademiyada 2022-ci ilin oktyabr ayından başlanan yeniləşmə və islahatlar mərhələsi kimi ayırmaq olar.

AMEA prezidenti Milli Elmlər Akademiyasında 2022-ci ildən etibarən bir çox əsas istiqamətlərdə yeniləşmə və islahatların həyata keçirildiyini, akademik elmdə məzmunca müstəqil dövlətimizin ön mövqeyə çıxardığı reallıqlara dair tədqiqatları daha da genişləndirmək və möhkəmləndirmək üçün addımların atıldığını söyləyib.

Bildirib ki, Karl Marksın formasiyalar nəzəriyyəsinə əsaslanan sovet dövrləşmə prinsiplərindən imtina edilib, sivilizasiyaların inkişafı və ölkəmizin siyasi-tarixi reallıqlarına əsaslanan, Azərbaycançılıq üstündə köklənmiş dövrləşdirmə konsepsiyası işlənib hazırlanıb. Azərbaycan ədəbiyyatının, tarixin, milli-mədəniyyətimizin, Azərbaycan dilinin çoxəsrlik ortaq inkişaf mərhələləri müəyyənləşdirilib. Sovet cəmiyyətindən qalma siyasi-tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, elmimizə tarixi şəxsiyyətlərin, hökmdarların, sərkərdələrin, bu vaxta qədər qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarının həyatı, dövrü, mühiti, mübarizələri və ideyalarının əsaslı şəkildə öyrənilməsi əsas vəzifələrdən biri kimi bəyan olunub.

Həmçinin Azərbaycan elmi tarixində ilk dəfə olaraq milli fəlsəfə anlayışı elmi dövriyyəyə gətirilib, materialist fəlsəfə ilə yanaşı, idealist fəlsəfənin də öyrənilməsinin örnəkləri meydana qoyulub. Akademiyada sahə ensiklopediyaları yaradıcılığına start verilib, “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediya”sının hazırlanması istiqamətində əməli addımlar atılıb.

Beynəlxalq əlaqələrə də toxunan məruzəçi Akademiyanın 80 illik inkişafı tarixində ilk dəfə olaraq Beynəlxalq Elmi Şura, Beynəlxalq Akademiyalararası Tərəfdaşlıq Akademiyası, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası kimi təşkilatların üzvü olduğunu, həmin qurumların Baş Assambleyalarının rəhbər heyətlərinin seçkilərində səsvermə hüququna malik olan elmi təşkilat statusunda təmsil olunduğunu, elm sahəsində dünyada gedən prosesləri, yeni çağırışları yaxından öyrənmək imkanı qazandığını bildirib.

Bundan əlavə, Prezident İlham Əliyevin Türk dünyasının prioritetliyi haqqındakı çağırışlarının işığında Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsi, Əlyazmaları İnstitutunda Türk əlyazmalarının tədqiqi şöbələri yaradılıb: “Türk dünyasının təməl kitabı olan Mahmud Kaşğarinin “Divani luğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən orijinalından tərcümə edilmiş nadir əlyazma nüsxəsi 86 ildən sonra aşkar edilib, 3 cilddə çap edilməsi və xüsusən UNESCO-nun Baş iqamətgahında Türk dünyası ölkələrinin türkoloq alimləri ilə birlikdə təqdimatının keçirilməsi Akademiyanın 80 illik tarixinin ən əlamətdar hadisələrindən biridir”.

Həmçinin AMEA-da yeniləşmə və islahatlar dövründə elektron hərəkata start verilib. AMEA Rəyasət Heyəti aparatında yaradılan “Elektron Akademiya” şöbəsi vasitəsilə Akademiyanın elmi bölmələrinə və elmi tədqiqat institutlarına aid 31 elmi jurnaldan 21-nin elektron bazası istifadəyə verilib. Akademiyanın tarixində ilk dəfə olaraq İnsan Resursları Elmmetrik Məlumatlar Bazası, Rəqəmsal Elmi İnformasiya Resursaları Sistemi yaradılaraq hər bir əməkdaşın elmi fəaliyyətinin elmmetrik reallığı və istinad göstəricilərinin müəyyən edilməsi mexanizmi formalaşdırılıb. Azərbaycan dilinin dil korpusunun işlənməsi sahəsində addımlar atılıb. Sözlərin Universal Funskionallıqla İşlənməsi sistemi əsasında SUFİ işlək robot modeli işə salınıb.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının təsdiq etdiyi Rəqəmsal İnkişaf Konsepsiyasının qarşıya qoyduğu tələblər əsasında Humanitar və İctimai Elmlər sferasında süni intellektdən və rəqəmsal texnologiyalardan istifadə edilməsi üçün əlavə tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.

Akademik İsa Həbibbəyli məruzəsinin sonunda diqqətə çatdırıb ki, Azərbaycan alimləri, o cümlədən Milli Elmlər Akademiyasının kollektivi bundan sonra da dövlətimizin başçısının apardığı siyasəti ürəkdən dəstəkləyəcək, qarşıya qoyulan vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini və bacarıqlarını sərf edəcəkdir.

Sonra Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, ikipilləli doktorantura proqramlarının mahiyyəti kökündən dəyişməli və ən qısa müddətdə kredit əsaslı və strukturlaşdırılmış doktorantura pilləsi hazırlanmalıdır. Nazir müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu deyib. Bildirib ki, elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.

“Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. Otuz-otuz beş yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”, - deyə Emin Əmrullayev əlavə edib.

O, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilən elmi kadr hazırlığı prosesinin müasir tələblərə uyğun təşkili və bu sahədə təhsil formasının yenilənməsinə dair zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib.

Azərbaycanla bağlı tədqiqatlar aparan sosial və humanitar sahələr üzrə alimlərin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, nəticəyönümlü maaliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: “Elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır”.

Emin Əmrullayev yeni fəaliyyətə başlayan Qarabağ Universitetində nəticəyə əsaslanan maliyyələşmənin artıq tərtib edildiyini bildirib.

O, son iki il ərzində ali təhsil müəssisələrinin reytinqlərdə irəliləməsini yüksək qiymətləndirib. Son illərdə Azərbaycanda elm sahəsində aparılan dəyişikliklərdən, islahatlardan danışan nazir ali təhsil və elmi müəssisələr arasındakı əlaqələrə toxunub.

Nazir son illərdə müvafiq sferada aparılan islahatların, həyata keçirilən kompleks tədbirlərin nəticəsində elm və təhsilin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, elmi məhsuldarlığın yüksəldiyini, müsbət təzahürlərin müşahidə olunduğunu və ölkəmizin beynəlxalq reytinqlərdə irəlilədiyini diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında hər kəsi rəhbərlik etdiyi qurum adından salamlayıb, fondun fəaliyyəti haqqında danışıb. AMEA-nın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun olduqca mühüm tərəfdaşlarından biri olduğunu vurğulayan Aktotı Raimkulova Akademiya ilə birgə müxtəlif konfrans və seminarların keçirildiyini söyləyib.

“AMEA tərəfindən nəşr olunmuş Türk dünyasının görkəmli elm və incəsənət xadimlərinə həsr olunmuş kitablardan böyük və zəngin bir kitabxana yaratmaq mümkündür”, - deyə vurğulayan Aktotı Raimkulova Parisdə UNESCO çərçivəsində Türk dünyasının ilk ensiklopedik əsəri “Divanü lüğat-it-türk” kitabının təqdimatına görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu AMEA ilə birlikdə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri görür.

Aktotı Raimkulova gələcək əməkdaşlıq perspektivləri, təşkil olunacaq aşıq sənətinə dair beynəlxalq elmi konfrans haqqında danışıb, Azərbaycan alimlərini bu konfransda fəal iştirak etməyə çağırıb.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib, alimlərə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.

Akademik Arif Həşimov qeyd edib ki, Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından bir sıra nailiyyətlərlə müşayiət olunan 2024-cü il Azərbaycan elmi, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası üçün də uğurlu olmuşdur. Diqqətə çatdırıb ki, 2022-ci ilin sonlarından AMEA-da başlamış islahatyönümlü tədbirlər 2023-cü ildə olduğu kimi, 2024-cü ildə də ardıcıl və kompleks şəkildə davam etdirilib, nəticədə Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dövlət siyasətinin strateji hədəfləri və dünya elminin çağırışları ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iş­ti­ra­kı əhə­miy­yət­li də­rə­cə­də güc­lən­di­ril­ib, kadr po­ten­sia­lı müm­kün qə­dər op­ti­mal­laş­dı­rıl­ıb, bey­nəl­xalq el­mi əla­qə­lər ge­niş­lən­di­ril­ib, Aka­de­mi­ya­nın həm bey­nəl­xalq sə­viy­yə­də, xü­su­sən Türk dün­ya­sın­da, həm də res­pub­li­ka­da nü­fu­zu xey­li yük­səl­ib.

“Bu­nun­la da Aka­de­mi­ya­da is­la­hat­la­rın il­kin mər­hə­lə­si özünün mühüm nəticələrini vermiş, key­fiy­yət­cə ye­ni ida­rə­et­mə və fəa­liy­yət sfe­ra­sı­na keç­mək üçün əl­ve­riş­li zə­min ya­ran­mış­dır”, - deyə bildirən məruzəçi vurğulayıb ki, 2024-cü il­də AMEA-nın el­mi mü­əs­si­sə­ və təşkilatları Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­man və sə­rən­cam­la­rı, eləcə də öl­kə iq­ti­sa­diy­ya­tı­nın, in­cə­sə­nət və mə­də­niy­yə­ti­nin, Azər­bay­ca­nın ədə­biy­ya­tı, ta­ri­xi və di­li­nin araş­dı­rıl­ma­sı­na, qo­ru­nub sax­la­nıl­ma­sı­na xid­mət edən, so­si­al mə­sə­lə­lə­ri əha­tə edən 11 döv­lət proq­ra­mı­nın ic­ra­sın­da iş­ti­rak edib­lər.

Akademik Arif Həşimov bildirib ki, 2024-cü ildə ölkə üzrə əldə edilmiş mühüm elmi nəticələr respublikanın bütün elm və ali təhsil müəssisələrindən toplanılıb, müvafiq bölmələrdə müzakirə edilib və AMEA-nın Ümumi yığıncağında müzakirə edilmək üçün sistemləşdirilərək hazırlanıb. Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələri üzrə elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb.

2024-cü il­də el­mi mü­əs­si­sə­lər­də ça­lı­şan alim­lər tə­rə­fin­dən 521 ki­tab və mo­noq­ra­fi­ya, 118 dərs­lik, 3561-i xa­ric­də (bun­lar­dan 1192-si Web of Sci­en­ce və Sco­pus ba­za­la­rı­na da­xil olan im­pakt fak­tor­lu jur­nal­lar­da) ol­maq­la 9245 mə­qa­lə və te­zis nəşr et­di­ril­ib. El­mi iş­çi­lə­rin əsər­lə­ri­nə 45507 is­ti­nad olun­ub.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və bu istiqamətdə AMEA tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən akademik A.Həşimov Akademiyanın elmi bölmələri, elmi müəssisələri və təşkilatları tərəfindən ümumilikdə 71 tədbirin təşkil olunduğunu, 30 kitab, 32 məqalənin hazırlandığını söyləyib.

Həmçinin qeyd edib ki, 11 gün ər­zin­də Bakıda ke­çi­ri­lən BMT-nin İq­lim Də­yi­şik­lik­lə­ri üz­rə Çər­çi­və Kon­ven­si­ya­sı­nın Tə­rəf­lər Konf­ran­sı­nın 29-cu ses­si­ya­sında (COP29) AMEA-nın pre­zi­den­ti, Rə­ya­sət He­yə­ti­nin üzv­lə­ri, el­mi mü­əs­si­sə və təş­ki­lat­la­rın rəh­bər­lə­ri, mü­tə­xəs­sis­lə­ri həm yer­li, həm də bey­nəl­xalq sə­viy­yə­li ic­las­lar­da mə­ru­zə­lər­lə çı­xış­lar edib, mü­va­fiq mə­qa­lə­lər dərc et­dir­ib, res­pub­li­ka­nın küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də mü­za­ki­rə­lər­də, də­yir­mi ma­sa­lar­da, döv­lət tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər­də iş­ti­rak ediblər. AMEA-nın Rə­ya­sət He­yə­tin­də COP29-un ye­kun­la­rı­na həsr olun­muş ic­las ke­çi­ril­ib, ic­las­da mü­va­fiq qə­rar­lar qə­bul olunub.

Akademik Arif Həşimov, o cümlədən ya­şıl ener­ji zo­na­sı elan olu­nan iş­ğal­dan azad edil­miş Qa­ra­bağ və Şər­qi Zən­gə­zur, elə­cə də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da alim­lə­ri­miz tə­rə­fin­dən müx­tə­lif təd­qi­qat­ların apa­rıl­dığını, döv­lə­ti­mi­zin qu­ru­cu­luq iş­lə­ri­nə öz töh­fə­lə­ri­ni ver­diklərini bildirib.

Akademik Arif Həşimov qeyd edib ki, hesabat ilində Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sın­da Qa­ra­ba­ğın ta­ri­xi, ar­xeo­lo­gi­ya­sı, mad­di-mədə­ni mə­də­niy­yə­ti, ədə­bi hə­ya­tı­nın öy­rə­nil­mə­si, ey­ni za­man­da Və­tən mü­ha­ri­bə­si möv­zu­sun­da, həmçinin “Azər­bay­can 2030: so­si­al-iq­ti­sa­di in­ki­şa­fa da­ir Mil­li Prio­ri­tet­lər”in beş Mil­li Prio­ri­te­tin­dən bi­ri ki­mi mü­əy­yən olun­muş “İş­ğal­dan azad olun­muş əra­zi­lə­rə Bö­yük Qa­yı­dış”a, “Azər­bay­can Res­pub­li­ka­sı­nın iş­ğal­dan azad edil­miş əra­zi­lərinə Bö­yük Qa­yı­dı­şa da­ir I Döv­lət Proq­ra­mı”nın Təd­bir­lər Pla­nı­na və “Şu­­şa şə­­hə­­ri­­nin 2024-cü il üçün “İs­­lam dün­­ya­­sı­­nın mə­­də­­niy­­yət pay­­tax­­tı” elan edil­­mə­­sindər irəli gələrək ha­zır­lan­mış el­mi mü­əs­si­sə­lə­rin təd­qi­qat plan­la­rı­na uy­ğun ola­raq araşdırmalar aparılıb.

Hesabat ilində AMEA-da həyata keçirilən elmi və elmi-təşkilati fəaliyyətin mühüm istiqamətlərindən biri də Qərbi Azərbaycanla bağlı tədbirlər olub.

Akademik çıxışının sonunda qeyd edib ki, bü­töv­lük­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın el­mi mü­əs­si­sə­lə­rin­də və əhatə etdiyi elmi istiqamətlər üzrə res­pub­li­ka­nın di­gər elm və ali təh­sil mü­əs­si­sə­lə­rin­də 2024-cü il­də apa­rıl­mış təd­qi­qat­la­rı və əl­də edil­miş mü­hüm el­mi nə­ti­cə­lə­ri yük­sək qiy­mət­lən­dir­mək olar.

 “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında çıxış edən İşçi qrupun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri qeyd edib ki, müzakirəyə təqdim edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” iki əsas bölmədən ibarətdir.

Birinci bölmədə dünyanın qlobal çağırışları, dünya elminin yeni inkişaf meylləri, ictimai və humanitar elmlərin yeni inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, Akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, Konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indiqatorları da burada əksini tapıb. O vurğulayıb ki, bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində Akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.

S.Xavəri bildirib ki, konsepsiyada onun hazırlanması və icrası zərurəti qlobal, regional və lokal səviyyələrdə olmaqla 3 mühüm amillə izah olunur.

Birinci amil müasir dünyanın qlobal inkişaf tendensiyaları, ikinci amil ölkəmizin və regionun yeni geosiyasi reallıqları, üçüncü amil isə respublikada elmin yeni inkişaf mərhələsi ilə bağlıdır.

Məruzədə qeyd olunub ki, qarşıya qoyulan hədəflər öz hüquqi əsasını cənab Prezidentin təsdiq etdiyi Akademiyanın yeni Nizamnaməsindən, mənəvi, əxlaqi cavabdehlik səlahiyyətini isə Akademiyanın 80 illik tarixindən və bu tarix ərzində Azərbaycan xalqının sosial tərəqqisində, ictimai fikir tarixində oynadığı müstəsna roldan götürür.

S.Xavəri bildirib ki, konsepsiyanın ikinci bölməsi “Yol Xəritəsi”dir və burada Akademiyanın inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə çatmaq üçün çoxsaylı və çoxçeşidli tədbirlər əksini tapıb.

“Konsepsiyanın əsas fəlsəfi platformasını forsayt, gələcəyi görmə metodologiyası təşkil edir. Konsepsiyada bu metodologiyaya əsaslanaraq yaxın beş ildə elmin inkişafı üzrə mümkün ssenarilər araşdırılmış, onlara hazır olmaq üçün strategiyalar müəyyənləşdirilmiş, onların icrası mexanizmləri hazırlanmışdır. Konsepsiyanın və Yol Xəritəsinin icrasına Akademiyanın 6 elmi bölmə, 2 regional bölmə, 10 elmi tədqiat müəssisəsi, 2 regional elmi mərkəzi, 4 təşkilat, 16 Rəyasət Heyəti şöbəsi olmaqla cəmi 40 qurumu icraçı qismində cəlb olunmuşdur”, - deyə alim diqqətə çatdırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və AR Prezidentinin Gənclər mükafatçısı, Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Mircavid Ağalarovun çıxışları dinlənilib. Həmçinin Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər və ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Leinin onlayn çıxışları təqdim olunub.

Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.

science.gov.az