CES 2015-də 4 Gb yaddaşlı ilk smartfon nümayiş olunub

06 Yanvar 2015 - 11:18 | Texnoloji yeniliklər
CES 2015-də 4 Gb yaddaşlı ilk smartfon nümayiş olunub

“Asus” şirkəti Las-Veqasda keçirdiyi mətbuat konfransında CES 2015 sərgisi çərçivəsində beş yeni qurğu - 3 noutbuk-transformator və iki smartfon təqdim etdiyini bildirib.

gazeta.ru saytının məlumatına görə, Transformer Book Chi T300, Transformer Book Chi T100 və Transformer Book Chi T90 adlı noutbuklar müvafiq olaraq 12.5, 10.1 və 8.9 düymlük ekrana malikdirlər.

Asus şirkətinin prezidenti Coni Şi bildirib ki, qalınlığı 1.65 sm olan bu qurğular öz sinfinin ən nazik nümunələridir.

Konfransda təqdim olunmuş Zenfone 2 əməli yaddaşı 4Gb olan ilk smarftondur. Zenfone Zoom adlı digər qurğu isə üçqat optik zumla təchiz olunması ilə fərqlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.