İnstitutun doktorantı İTV-də çıxış edib

13 Fevral 2025 - 11:38 | Müsahibələr, çıxışlar
İnstitutun doktorantı İTV-də çıxış edib

ETN İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Araz Mustafa İTV kanalının "Sabahın xeyir, Azərbaycan" verilişi üçün müsahibə verib. O, çıxışında  “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin əsas ideyası haqqında məlumat verib, onların üstünlüklərindən və çatışmazlıqlarından danışıb.

A.Mustafa dövlət başçısının 2021-ci ildə imzaladığı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncamı xatırladıb. Konsepsiyanın insanların rifahını yaxşılaşdırmağa xidmət etdiyini, vətəndaşlar üçün daha asan və təhlükəsiz həyat təmin etdiyini söyləyib. Eyni zamanda bu kimi layihələrin həyata keçirilməsi zamanı yaranan kibertəhlükələr, problemlər və onların həlli yollarından söz açıb.