9-12 sentyabr 2025-ci il tarixlərində Rusiyanın Kursk şəhərində “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2025” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений) XVIII beynəlxalq elmi konfransı keçiriləcək.
Hibrid formatda keçiriləcək konfransın təşkilatçıları Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, ETN İnformasiya Texnologiyaları İnstitutu, İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi, Oş Dövlət Universiteti, Cənub-Qərb Dövlət Universitetidir.
Konfransa tezislər 15 mart 2025-ci il tarixinədək qəbul edilir.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.