İnstitutun doktorantı “ATV” kanalında çıxış edib

01 Fevral 2025 - 10:31 | Mühüm hadisələr
İnstitutun doktorantı  “ATV” kanalında çıxış edib

ETN İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Araz Mustafa “ATV” kanalının “Xəbərin olsun” verilişinin qonağı olub. O, çıxışında texnoloji ixtiraların insanların həyat və fəaliyyətinə mənfi və müsbət təsirləri haqqında danışıb.

A.Mustafa son zamanlar süni intellekt texnologiyalarının bütün sahələrdə tətbiq olunmasının gətirdiyi üstünlüklər və çatışmazlıqlar, bu texnologiyaların geniş yayılması ilə yaranan yeni peşələr, internetdə fərdi məlumatların mühafizəsi məsələləri və s. barədə məlumat verib.