ETN İnformasiya Texnologiyaları İnstitutunun baş iqtisadçısı Lalə Kərimova 60 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.
Fərmanı yubilyara institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov təqdim edib. O, L.Kərimovanın səmərəli fəaliyyəti və institutun ictimai həyatında fəal iştirakı ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib, onun üzərinə düşən vəzifələri məsuliyyətlə və keyfiyyətlə icra etdiyini vurğulayıb.
Qeyd edək ki, L.Kərimova 1986-cı ildən İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərir.
Lalə xanımı İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, bundan sonrakı fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.