“Seagate Seven” ən nazik portativ sərt diskdir

05 Yanvar 2015 - 11:54 | Texnoloji yeniliklər
“Seagate Seven” ən nazik portativ sərt diskdir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Seagate Technology” şirkəti 35 illiyi münasibətilə yeni məhsulunu təqdim edib. Şirkət 500 Gb tutuma malik “Seagate Seven”i  dünyanın ən nazik cib vinçesteri adlandırıb. Qalınlığı cəmi 7 millimetr, çəkisi isə təxminən 90 qram olan qurğunu kompüterə qoşmaq üçün 5 Qbit/san-ə qədər ötürücülük qabiliyyəti olan USB 3.0 interfeysindən istifadə olunur.

3dnews.ru saytının məlumatına görə, daşıyıcı korpusu paslanmayan poladdan hazırlanıb. Yanvarın sonuna kimi satışa çıxarılacaq qurğunun qiyməti 100 ABŞ dolları təşkil edəcək.

Bundan başqa, Seagate Technology daxili naqilsiz Wi-Fi və akkumulyator batareyası ilə işləyən “Seagate Wireless” portativ sərt diskini də təqdim edib.

500 Gb tutuma malik olan sərt diski kompüterə qoşmaq üçün USB 2.0 tələb olunur. “Seagate Wireless” əsasən smartfon, fablet və planşet kimi mobil qadjetlərlə istifadə üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.