İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2024-cü il üzrə hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin illik elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib.
Məruzəçi müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların aparıldığını bildirib. Qeyd edib ki, cari ildə şöbədə “Kiberfiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda araşdırmalar aparılıb, “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində kiberfiziki geosistemlərin konseptual modelinin yaradılması”, “Zəlzələ baş vermiş ərazilərdə xilasetmə əməliyyatlarına kiberfiziki sistemlərin tətbiqi” adlı məqalə və tezislər hazırlanmışdır.
A.Səmidov şöbədə “İnternet mühitində reklam, marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırıb.
Sonra “Süni intellektə əsaslanan jurnalistikada: problemlər və perspektivlər” mövzusu üzrə aparılan tədqiqatlardan bəhs edən şöbə rəhbəri qeyd edib ki, cari ildə “Jurnalistikada ənənəvi mediadan yeni mediaya keçid üzrə rəqəmsal transformasiya problemləri”, “Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri”, “Süni intellekt texnologiyalarına əsalanan jurnalistikada kibertəhlükəsizlik problemləri” kimi məqalə və tezislər hazırlanmışdır.
A.Səmidov nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda, şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə də məlumat verib.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Multimedia Texnologiyaları Mərkəzinin illik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim “Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində kiberfiziki geosistemlərin konseptual modelinin yaradılması”, eləcə də “Zəlzələ baş vermiş ərazilərdə xilasetmə əməliyyatlarına kiberfiziki sistemlərin tətbiqi” mövzuları üzrə aparılan tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.