ETN İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak ediblər.
Onlar tədbir çərçivəsində “Karbon sərhədlərinin tənzimlənməsinin qlobal təsirləri” mövzusunda diskussiyaya qatılıblar. Diskussiyada iqlim dəyişmələri, karbon emissiyasının azaldılması və ekoloji problemlərin həlli, eyni zamanda bu prosesdə gənclərin mühüm rolu vurğulanıb. Bildirilib ki, gənclərin cəmiyyətin inkişafında, onun yaşıllaşdırılmasında rolunu artırmaq, gələcək nəsillərə ekoloji şüuru aşılamaq son dərəcə vacibdir.
Gənclər həmçinin “Yaşıl Zona”da olan müxtəlif yerli və xarici pavilyonlarla tanış olublar.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilmişdir. Bu mötəbər tədbirin əsas məqsədlərindən biri dayanıqlılığı təşviq etmək, ekoloji təsirləri minimuma endirmək, inklüzivlik və əlçatanlığı tərənnüm etməklə iqlim fəaliyyətində ictimai iştirakı artırmaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.