“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı seksiya iclasları ilə davam edib.
“Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” mövzularında keçirilən seksiya iclaslarında COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, Əşyaların İnterneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və s. kimi aktual mövzularda elmi məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Məruzəçilər “Yaşıl məqsədlər üçün intellektual insan resurslarının formalaşması vəziyyətinin təhlili və qiymətləndirilməsi”, “Yaşıl keçidi dəstəkləyən bacarıqların qeyri-səlis məntiq metodları əsasında qiymətləndirilməsi”, “Sənaye 4.0 mühitində Big Data resurslarının emalı üçün yaşıl paralel modellərin və alqoritmlərin işlənilməsi məsələləri”, “Neft və qaz sənayesində yaşıl innovativ texnologiyaların tətbiqinin qabaqcıl istiqamətləri”, “Proqram sistemlərinin enerji sərfiyyatının azaldılması üçün yaşıl kodlaşdırmadan istifadə edilməsi”, Smart elektrik şəbəkələri və kritik enerji infrastrukturları üçün yaşıl kiberfiziki sistemlərin müasir vəziyyətinin və perspektiv tədqiqat məsələlərinin analizi” kimi mövzularda çıxış ediblər.
Seksiya iclaslarında, həmçinin “COP29 çağırışları kontekstində yaşıl iqtisadiyyata keçidin rəqəmsal transformasiya problemləri və onların konseptual həll istiqamətləri”, “Verilənlərin Emalı Mərkəzlərinin soyutma sistemlərində enerjidən səmərəli istifadə üçün yaşıl texnologiyaların tətbiqi haqqında”, “Verilənlərin Emalı Mərkəzlərinin soyutma sistemlərində enerjidən səmərəli istifadə üçün yaşıl texnologiyaların tətbiqi haqqında”, “Verilənlərin Emalı Mərkəzlərinin soyutma sistemlərində enerjidən səmərəli istifadə üçün yaşıl texnologiyaların tətbiqi” və s. kimi mövzularda məruzələr təqdim olunub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.