İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Məleykə Paşayeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) dəstəyilə “Environment Key Global” qlobal gənclər təşkilatının təşkil etdiyi “Ətraf Mühit Problemləri: Sosial Sülhə Təsir Et” adlı kursda iştirak edib.
M.Paşayeva kursun “I İqlim Dəyişikliyi Elm Sertifikatı” sessiyasını uğurla başa vurub. Tədqiqatçı həmçinin “Environment Key Global” təşkilatı tərəfindən keçirilən “İqlim dəyişikliyi: elmdən fəaliyyətə” vebinarının imtahanından keçərək sertifikat əldə edib.
Qeyd edək ki, 500-dən çox mütəxəssisin iştirak etdiyi kurs çərçivəsində iqlim dəyişikliyi: elmdən fəaliyyətə, iqlim dəyişiklikləri və onun səbəbləri, gələcək iqlim və təsirlər, ətraf mühitin idarə edilməsinə dair qanunları gücləndirmək və s. kimi aktual mövzularda məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.