İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “Elm Günü” münasibətilə təltif olunublar.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında 27 mart – Elm Günü münasibətilə bir qrup Akademiya əməkdaşına AMEA-nın Fəxri fərmanları, “İstinadda rekord” diplomları, AMEA-nın Fəxri diplomları, AMEA-nın Təşəkkürnamələri və AMEA-nın “İlin gənc alimi” diplomları təqdim olunub.
Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev AMEA-nın “İstinadda rekord” diplomu, institutun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Günay İskəndərli isə “İlin gənc alimi” diplomuna layiq görülüb. Diplomları sahiblərinə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.