Litvalı müəllim LOLA texnologiyası vasitəsilə azərbaycanlı tələbələrə ustad dərsi keçib

28 Mart 2024 - 15:36 | Görüşlər
Litvalı müəllim LOLA texnologiyası vasitəsilə azərbaycanlı tələbələrə ustad dərsi keçib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Martın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Litva Musiqi və Teatr Akademiyasının müəllimi Dainius Puodziukas tərəfindən onlayn ustad dərs keçirilib.

İnformasiya Texnologiyaları İnstitutu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən dərs Avropa Komissiyasının dəstəklədiyi, GEANT Asossiasiyasının EaPConnect layihəsi çərçivəsində reallaşdırılan LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin köməyilə baş tutub.

D.Puodziukas ustad dərsi zamanı violin musiqi aləti ilə bağlı öz bilik və təcrübəsini bölüşərək, bu alətin ifaçılıq metodlarının ən sadə yollarını tələbələrin nəzərinə çatdırıb.

Xatırladaq ki, 2019-cu il dekabrın 20-də LOLA rəsmi olaraq ilk dəfə Bakı Musiqi Akademiyasında Azərbaycan və Estoniya musiqiçilərinin iştirakı ilə “Ənənələri Birləşdirək” adlı konsertində təqdim olunmuşdu. Tədbir AzScienceNet və AzEduNet, Azərbaycan Təhsil Şəbəkəsi, Bakı Musiqi Akademiyası, Estoniyanın tədqiqat və təhsil şəbəkəsi (HITSA EENet), Estoniya Musiqi və Teatr Akademiyası (EAMT) və İtaliyanın tədqiqat və təhsil şəbəkəsi (GARR) arasında əməkdaşlığın nəticəsində baş tutmuşdur.

musicacademy.edu.az