AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Mədəniyyət” kanalının “Səhərçağı” proqramının qonağı olub.
Alim proqramda ölkəmiz üçün son dərəcə əhəmiyyətli hadisələrlə yadda qalan 2023-cü ilin yekunları, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət, eyni zamanda ölkə alimlərinin müvafiq elm sahələrində əldə etdikləri mühüm nailiyyətlərdən danışıb. Alim bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycan alimlərinin qarşısında yeni prioritetlər, perspektivlər müəyyənləşdirir, mühüm vəzifələr qoyur.
Akademik Rasim Əliquliyev həmçinin “Heydər Əliyev İli” çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2 elmi konfransın keçirildiyini diqqətə çatdırıb.
Daha ətraflı aşağıdakı videodan izləmək mümkündür: