Gənc tədqiqatçı Q1 sinfinə daxil olan yüksək impakt faktorlu jurnal tərəfindən sertifikata layiq görülüb

20 Oktyabr 2023 - 09:54 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırov  “Elsevier” nəşriyyatının “Information Sciences” jurnalının redaksiya heyəti tərəfindən elmi ekspertiza fəaliyyətinə görə rəyçi sertifikatına layiq görülüb.

“Information Sciences” jurnalı nüfuzlu “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək impakt faktorlu jurnaldır. Jurnalın impakt faktoru 8.1-ə bərabərdir.

“Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” hesabatına görə, bu jurnal ən yüksək Q1 sinfinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.