2015-ci ildə "Lenovo" 50 milyon noutbuk və planşet istehsal etməyi planlaşdırır

08 Dekabr 2014 - 16:00 | Maraqlı məlumatlar
2015-ci ildə "Lenovo" 50 milyon noutbuk və planşet istehsal etməyi planlaşdırır

“Digitimes Research” analitiklərinin proqnozlarına əsasən, 2014-cü ildə Çinin “Lenovo” şirkəti ümumi təchizat həcminə görə təxminən 1 milyon noutbuk və planşetin istehsalı ilə “Samsung” şirkətini geridə qoyacaq. Şirkət 2015-ci ildə mobil kompüter qurğularının istehsalında bu həcmi doqquz dəfə artıraraq “Apple”dan sonra 2-ci yeri tutacaq.

dailycomm.ru saytının məlumatına görə, Çin vendorunun növbəti ildə təxminən 38 milyon leptop, 11,7 milyon planşet, bütövlükdə isə 50 milyon qurğu istehsal edəcəyi gözlənilir. Mütəxəssislər güman edir ki, Samsung hər iki  kateqoriyada rəqibinə güzəştə gedəcək. Növbəti ildə Cənubi Koreya nəhəngi 36 milyon planşet və 5 milyon noutbuk istehsal etməklə Lenovo-nun ümumi göstəricisindən 9 milyon az qurğu satışa çıxaracaq.

Ekspertlərin fikrincə, Lenovo-nun sonrakı yüksəlişi ucuz planşetlər və mobil əlaqəni dəstəkləyən modellər, həmçinin 2013-cü ildən şirkətin dünya bazarında liderliyinə səbəb olan leptoplar vasitəsilə gerçəkləşəcək. 

Qeyd etmək lazımdır ki, 2015-ci ildə İnternetə çıxış imkanı olan mobil qurğuların dünya üzrə satışı 1,9 milyard ədədə yaxınlaşacaq.

Burada ən böyük payı smartfonlar tutacaq - təxminən 1,48 milyard ədəd. Planşetlərin töhfəsi 244 milyon ədəd daxilində gözlənilir, qalan hissəni 167 milyonla noutbuklar təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.