“Elsevier” nəşriyyatı Azərbaycan aliminin elmi ekspertiza fəaliyyətinə yüksək qiymət verib

17 Yanvar 2023 - 14:43 | Mühüm hadisələr
“Elsevier” nəşriyyatı Azərbaycan aliminin elmi ekspertiza fəaliyyətinə yüksək qiymət verib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Engineering Applications of Artificial Intelligence” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

Engineering Applications of Artificial Intelligence” jurnalında süni intellektin tətbiq olunduğu sahələri əhatə edən fundamental elmi tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.

Jurnalın əsas elmi istiqamətlərinə Əşyaların İnterneti və kiber-fiziki sistemlər, intellektual nəqliyyat sistemləri və smart avtomobillər, Böyük verilənlər analitikası, mürəkkəb şəbəkələr, neyron şəbəkələri, qeyri-səlis sistemlər, qeyri-səlis neyron sistemləri, dərin təlim, təkamül alqoritmləri, sürü intellekti, bioloji əsaslı meta-evristik alqoritmlər, multi-agent əsaslı idarəetmə, idarəetmə nəzəriyyəsi və sənaye informatikası, proqram mühəndisliyinin aspektləri: intellektual proqramlaşdırma mühiti, süni intellekt əsaslı proqramların verifikasiyası və validasiyası və s. aiddir.

Engineering Applications of Artificial Intelligence” jurnalı aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 7.802
Source Normalized Impact per Paper (SNIP): 2.301
CiteScore: 11.0
SCImago Journal Rank (SJR): 1.734

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.