Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda qış imtahan sessiyasına start verilib.
Belə ki, yanvarın 6-da institutun I və II kurs magistrantları “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. İnstitutun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanda I kurs üzrə 5, II kurs üzrə isə 7 magistrant öz biliklərini sınayıb.
İnstitutun magistraturasında növbəti imtahanların 11, 23, 27 və 31 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qış imtahan sessiyası AMEA-nın prezidentinin 21 dekabr 2022-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən təşkil olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.