Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Geoenergy Science and Engineering” (Geoenergetika Elmləri və Mühəndisliyi) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
“Geoenergy Science and Engineering” jurnalının əsas elmi istiqamətlərinə dayanıqlı enerji istehsalı, karbonun əldə edilməsi, sərfiyyatı və saxlanılması, geotermal enerji, hidrogen istehsalı, daşınması və saxlanması, yeraltı qaz anbarları, enerji sənayesində süni intellekt, maşın təlimi və verilənlərin intellektual analizi üsullarının tətbiqi, davamlı karbohidrogen kəşfiyyatı və hasilatı daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.