İnstitutun gənc tədqiqatçıları “Avropa Açıq Elm Buludu” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

08 Dekabr 2022 - 10:23 | Mühüm hadisələr
İnstitutun gənc tədqiqatçıları “Avropa Açıq Elm Buludu” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və baş mütəxəssis Oqtay Ələkbərov Çexiyanın Praqa şəhərində “Avropa Açıq Elm Buludu” (European Open Science Cloud – EOSC) mövzusunda keçirilən “EOSC 2022” beynəlxalq simpoziumunda iştirak ediblər. Gənc tədqiqatçılar beynəlxalq tədbir çərçivəsində keçirilən təlim və plenar iclaslarda EOSC-un məqsəd, xidmət və vəzifələrinə dair keçirilən müzakirələrdə öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində, eyni zamanda, AzScienceNet elm kompüter şəbəkəsinin Avropanın Açıq Elm Buludu layihəsində iştirakı məsələsinə baxılıb. Bildirilib ki, AzScienceNet şəbəkəsinin EOSC mühitinə inteqrasiyası tədqiqatçılarımızın beynəlxalq elm aləmində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq. EOSC-un alim və mütəxəssislərə elmi biliklərin qorunub saxlanması, idarə edilməsi və təhlili məqsədilə təklif etdiyi açıq xidmətlər yeni, innovativ biliklərin formalaşmasına təkan verəcək.

Qeyd edək ki, dünyanın müxtəlif dövlət təşkilatlarından, ali təhsil və elmi-tədqiqat mərkəzlərindən 500-dən çox nümayəndənin qatıldığı simpoziumda Avropa və onun hüdudlarından kənarda EOSC-nin əsas nailiyyətləri və strateji çağırışları, eləcə də müvafiq sahədə prioritetlər və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.