Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” öz işinə başladı

28 Sentyabr 2022 - 10:05 | Konfranslar, İclaslar
Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” öz işinə başladı

Sentyabrın 28-də “JW Marriott Absheron Baku” hotelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) öz işinə başladı.

Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirən tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılır.

İki gün davam edəcək konfransın keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.