Akademik Rasim Əliquliyev Real TV-yə müsahibə verib

31 İyul 2022 - 12:00 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev Real TV-yə müsahibə verib

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Real TV-nin “Real intervyu” verilişinin qonağı olub.

O, ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanına dair fikirlərini bölüşüb.