24-26 avqust 2022-ci il tarixlərində Bakıda “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 8-ci beynəlxalq konfransı” (The 8th International Conference on Control and Optimization with Industrial Applications – COIA 2022) keçiriləcək.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransın proqram komitəsinin üzvü, institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova təşkilat komitəsinin üzvü seçiliblər.
İdarəetmə və optimallaşdırma sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya toplayacaq konfransda idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.