AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Internet of Things” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
Jurnal Əşyaların İnterneti və Kiber-fiziki İnsan Sistemləri (IoT & Cyber Physical Human Systems) sahəsində çalışan tədqiqatçılar arasında əməkdaşlıq yaradır. Nəşrdə Əşyaların İnterneti və Kiber-fiziki İnsan Sistemləri sahəsində fundamental elmi tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.
“Internet of Things” jurnalının əsas elmi istiqamətlərinə aşağıdakılar daxildir:
- IoT layında abstraksiyalar, formalizmlər və semantika yaratmaq üçün yeni formal metodların işlənməsi;
- IoT-un təhlükəsizlik, etibarlılıq və məxfilik problemlərinin tədqiqi;
- Cihaz üçün minimal əməliyyat sistemini təmin edən proqram təminatının işlənməsi;
- IoT-un digər proqram layları ilə təhlükəsiz bağlantı yaratmasının təmin edilməsi;
- IoT üçün təhlükəsiz proqram təminatı layihələrinin işlənməsi;
- IoT-un enerji, nəqliyyat, istehsal və sənaye, biznes, marketinq və maliyyə, ekologiya, səhiyyə sahələrinə tətbiqi;
- “Ağıllı şəhər”lər, nano IoT, bioloji IoT, kimyəvi IoT;
- IoT-un siyasi, sosial və hüquqi məsələləri.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.