Akademik Rasim Əliquliyev İTV-nin “Pressinq” verilişinin qonağı olub

04 İyul 2022 - 11:21 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev İTV-nin “Pressinq” verilişinin qonağı olub

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Pressinq” verilişinin qonağı olub.

Verilişdə alim IV sənaye inqilabının mahiyyəti, xüsusiyyətləri, əsas texnologiyaları, bütün fəaliyyət sahələrini köklü dəyişikliklərə məruz qoyması, bəşəriyyət üçün gətirdiyi geniş imkanlar və müəyyən problemlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycanda IV sənaye inqilabının çağırışlarına uyğun atılan addımlar, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Sözügedən verilişi BURADAN izləyə bilərsiniz.