İyunun 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri”, eləcə də “Kompüter elmləri” ixtisasları üzrə imtahan veriblər. İmtahanda 7 magistrant öz biliyini sınayıb.
Növbəti imtahanların isə 28 iyun, 1 və 5 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun 26 may 2022-ci il tarixli 177 saylı “AMEA-nın magistrantlar üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.