AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev anadan olmasının 50, elmi-təşkilati fəaliyyətinin 25 illiyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.
Fərmanı yubilyara təqdim edən institutun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev Y.İmamverdiyevin yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib. Bildirib ki, Y.İmamverdiyevə xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.
Qeyd edək ki, Yadigar İmamverdiyev 2005-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır.
2006-cı ildə “Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi” mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru adını almışdır.
Azərbaycan Respublikasında elektron imza infrastruktunun və biometrik eyniləşdirmə sisteminin yaradılması məsələlərinə həsr edilmiş bir sıra elmi və elmi-populyar məqalələrin müəllifidir.
Hazırda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr və risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.