İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri “Təbriknamə” ilə təltif olunub

09 Mart 2022 - 14:06 | Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadını – Cəmiyyətimizin təməl daşı kimi” adlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının keçirdiyi tədbirdə rəsədxana və YAP əməkdaşları ilə yanaşı AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, o cümlədən Lənkəran rayonu S.X. Ələmov adına Biləsər tam orta məktəbindən dəvətli qonaqlar iştirak edib.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov giriş sözü ilə açaraq, qonaqları salamlayıb və təbrik nitqi ilə çıxış edib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova çıxış edərək qadınları bayram münasibətilə təbrik edib, tədbir iştirakçıları ilə öz təəsüratlarını bölüşüb.

Tədbirin sonunda A.Fərəcova elmi-mədəni, ictimai-siyasi fəaliyyətində fərqləndiyinə görə Təbriknamə ilə təltif olunub.

Sonda qonaqlar ŞAR-ın muzeyi ilə tanış olublar, onlara rəsədxananın tarixi, burada görülən işlər və eksponatlar barədə ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.