Bakı Dövlət Universitetinin (BDU) tələbələri AMEA İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçir.
Cari il fevralın 16-dan etibarən BDU-nun Tətbiqi riyaziyyat fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə əyani təhsil alan IV kurs tələbələri institutun müvafiq şöbələrində təcrübəyə başlayıblar. Təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və s. kimi nəzəri və texnoloji biliklər aşılanacaq.
Aprelin 27-dək davam edəcək istehsalat təcrübəsi Bakı Dövlət Universiteti ilə İnformasiya Texnologiyaları arasında uzun müddətdir ki davam edən əməkdaşlıq əsasında keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.