AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında institutun şöbə müdiri Anar Səmidov Photoshop CC (Creative Cloud) və İllustrator CC-nin yeni versiyası ilə bağlı təqdimatla çıxış edib: "Məlumdur ki, kompüterdə şəkil çəkmək üçün "mause"dan istifadə olunur. Lakin bu halda müxtəlif çətinliklərlə qarşılaşırıq, çünki "mause" fırça effektini vermir. Bunu nəzərə alaraq, müxtəlif şirkətlər "Tachpad" qurğularını təqdim etdilər. Lakin problem yenə də həll olunmadı, çünki bu halda təsvir yalnız monitorda əks olunurdu. 2014-cü ilin oktyabr ayında isə "Adobe" və "Microsoft" şirkətlərinin birgə əməkdaşlığı nəticəsində Photoshop CC və İllustrator CC-nin Windows 8 üçün yeni Tach-interfeys versiyası təqdim olundu. Bu versiyaya "Microsoft"in Surface Pro 3 planşeti uyğun gəldi. Yeni Photoshop CC və İllustrator CC dizayner və rəssamlara, elecə də bütün istifadəçilərə Adobe-un proqram paketi və planşetilə istənilən yerdə yaradıcılıqla məşğul olmağa imkan verir".
Sonda A.Səmidov bu texnologiyanın müxtəlif sahələrdə tətbiqinə dair videoçarxları nümayiş etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.