“Clarivate Analytics” gənc tədqiqatçını sertifikatla təltif edib

15 Dekabr 2021 - 11:41 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi, institutun dissertantı, böyük elmi işçi Nərmin Adıgözəlova 7-9 dekabr 2021-ci il tarixlərində “Clarivate Analytics”in resursları əsasında elmi tədqiqatçılar üçün təşkil olunmuş onlayn-seminarlarda iştirak edib.

N.Adıgözəlova “Web of Science interfeysi: 2021-ci il üzrə bütün dəyişikliklər”, “EndNote istinad menecerinin imkanları” və “Tədqiqat ədəbiyyatı xəzinəsi” mövzularında keçirilən vebinarların iştirakçısı olub.

Elmi katib qeyd olunan üç istiqamət üzrə seminarlarda iştirakına görə sertifikatlarla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.