Soçidə robototexnika üzrə beynəlxalq olimpiada (WRO Russia 2014) keçirilib. Builki olimpiadada rekord sayda ölkə (47) iştirak edib. Rusiyanın Təhsil və elm nazirinin müavini Veniamin Kaqanov tədbiri 2,6 min qonağın ziyarət etdiyini bildirib.
Təşkilatçıların məlumatına görə, yarışlarda 379 komanda iştirak edib. Seçim turu noyabrın 22-də, final yarışları isə 23-də keçirilib. Finala Rusiyanın müxtəlif kateqoriyalar üzrə 14 komandası vəsiqə alıb.
WRO-2014 “Soçidə robototexnika günləri” forumu çərçivəsində keçirilir. Yarışın mövzusu “Robotlar və kosmos” adlanır. Rusiyanı 13 regiondan 44 komanda təmsil edir. lenta.ru saytının məlumatına görə, WRO iştirakçıları 4 kateqoriya üzrə yarışırlar: əsas hissə, yaradıcılıq, “robotlar arasında futbol” və “kollec”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.