AMEA İnfromasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 21-22 oktyabr 2021-ci il tarixlərində keçirilən “İkinci Qarabağ Müharibəsi Yeni Nəsil Müharibə kimi” beynəlxalq elmi-praktik konfransının Texnika elmləri bölməsində təqdim etdiyi məruzəyə görə sertifikata layiq görülüb.
O, konfransda “Pilotsuz uçuş aparatlarının komponentlərinin kibertəhlükəsizliyini təmin edən dayaq modelinin işlənməsi” mövzusunda çıxış edib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş beynəlxalq tədbir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.