Kompüterlər elektrik əvəzinə işıq istifadə edəcək

19 Noyabr 2014 - 12:14 | Texnoloji yeniliklər
Kompüterlər elektrik əvəzinə işıq istifadə edəcək

İnformasiyanı elektronlar əvəzinə fotonların köməyilə emal edən daha güclü kompüterlərin yaradılması işıq sürəti ilə məlumatları ötürə bilən materialların hazırlanması ilə reallığa daha yaxın oldu.

Bu gün kompüterlər informasiyanı elektronların köməyi ilə emal edir: məlumatlar nanoölçülü şinlər vasitəsilə mikroprosessor və yaddaşa  köçürülür. Materialların ötürücülük qabiliyyətinin məhdudluğu və fiziki olaraq onların komponentlərini kiçiltməyin çətinlikləri səbəbindən kompüterləri daha sürətli etmək mümkün deyil.

itexpert.org.ua saytının məlumatına görə, növbəti hədəf məlumatları işıq hissəcikləri vasitəsilə emal edən optik kompüterlərin yaradılması idi. Bunun üçün işıq şüasını effektiv istifadə edərək məlumatları kompüterə ötürmək üçün bir material müəyyən olunmalı idi.

Böyük Britaniyanın Surrey Universitetinin alimləri aşkar ediblər ki, bu məqsədlə optik cihazlarda istifadə olunan şüşə növü olan xalkogenidlər yararlı ola bilər. Xalkogenidlər geniş diapazonda ancaq müsbət yüklü işıq şüası ötürə bilirlər. Hazırda alimlər bu maneəni aradan qaldıraraq cari hesablama texnikasında istifadə olunan material hazırlayıblar. Material optik informasiyanı emal edən və daşıyan işıq fotodetektor mənbəyi ola bilər. Bu kəşf sayəsində optik kompüterlərin qarşıdakı 10 il ərzində yaradılması mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.