İnstitutun magistrantlarının yay imtahan sessiyasına start verilib

14 İyun 2021 - 12:44 | Mühüm hadisələr

İyunun 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə imtahan veriblər. İmtahanda 5 magistrant “Kompüter şəbəkələrinin təhlükəsizliyi” fənnindən öz biliyini sınayıb.

Növbəti – “Veb-proqramlaşdırma dilləri”, “İntellektual sistemlər” və “Elmi tədqiqatların əsasları” fənlərindən imtahanların isə müvafiq olaraq 21, 25 və 30 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 17 may 2021-ci il tarixli 92 saylı “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən,  yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.