Şəkər xəstəliyinin müalicəsi üçün nanovaksin hazırlanacaq

14 Noyabr 2014 - 14:20 | Texnoloji yeniliklər
Şəkər xəstəliyinin müalicəsi üçün nanovaksin hazırlanacaq

Selecta Biosciences” əczaçılıq startapı  və “Sanofi” beynəlxalq korporasiyası insulindən asılı diabetin müalicəsi və profilaktikası üçün nanovaksinin hazırlanması üzrə proqram çərçivəsində partnyorluq haqda razılığa gəliblər.

“Selecta Biosciences” və “Sanofi” konserninin birgə tədqiqatları immun sisteminin müəyyən antigenlərə iltihabi reaksiyanı dayandırmaq qabiliyyətinin bərpa mexanizmlərinin axtarışına yönələcək. ИТАР-ТАСС-ın məlumatına görə, proqramın məqsədi 1-ci tipli diabetin  müalicəsi və əsas səbəblərinin profilaktikasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.