Vaşinqton Universitetinin (ABŞ) tədqiqatçıları bir şəxsin beynindən siqnalları "oxuyaraq" başqa şəxsin beyninə İnternet üzərindən ötürməyə imkan verən kompüter interfeysini uğurla nümayiş etdiriblər. Belə ki, yarım saniyə gecikmə olmasına baxmayaraq, alimlər tərəfindən hazırlanmış "beyin-kompüter-internet-kompüter-beyin" interfeysi bir şəxsə digər şəxsin hərəkətlərini idarə etməyə imkan verib.
dailytechinfo.org saytının məlumatına görə, ABŞ hərbçiləri iki şəxsin səyi nəticəsində təhlükəli işləri icra edərkən məlumatların birbaşa ötürülməsi üçün bu texnologiyanın dil baryerini aşmaq imkanını görürlər.
Qeyd edək ki, sistemin iş qabiliyyətinin ilk nümayişi ötən il həyata keçirilib. Bu nümayiş isə nəinki ideyanın iş qabiliyyətini, eləcə də bir neçə geniş imkanlarını göstərib. Əvvəllər olduğu kimi, digər şəxsin hərəkətlərini məsafədən idarə edən iştirakçılardan biri EEG sensorunu geyinir. Sensorun köməyi ilə kompüter beynin müəyyən hissələrinin fəaliyyət şəkilini "oxuyur". Bu verilənlər rəqəmsallaşdırılaraq internet vasitəsilə başqa kompüterə ötürülür.
İnsan-operatorun başqa şəxsə komanda göndərməsi üçün hərəkət etməsi lazım deyil. Ona yalnız əlini hərəkət etdirirmiş kimi təsəvvür yaratmaq kifayətdir. İcraçı şəxs maqnit-stimullaşdırıcı texnologiya vasitəsilə əmrləri qəbul edir və onun əli şüurdan kənar şəkildə müstəqil hərəkət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.