M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin elmi-tədqiqat mərkəzi və Rusiya Elmlər Akademiyası idarələrarası superkompüter mərkəzi redaksiyanın 21-ci buraxılışında MDB ölkələrinin ən güclü superkompüterlərinin Top50 siyahısını açıqlayıb. Mərkəzin məlumatına görə, siyahıda MDB superkompüterlərinin məhsuldarlığının nəzərə çarpacaq dərəcədə artdığı göstərilir. Linpack testində sistemlərin ümumi məhsuldarlığı yarım il ərzində 3775,2 TFLOPS–dan 4677,2 TFLOPS-a çatmışdır. Siyahıdakı sistemlərin pik məhsuldarlığı cəmi 7825,5 TFLOPS (bu, redaksiyanın əvvəlki buraxılışında 6543,4 TFLOPS idi) təşkil edib. "Computerworld" jurnalının məlumatına görə, “Т-Платформы” şirkətinin istehsalı olan, Moskva Dövlət Universitetinin “Lomonosov” superkompüteri isə 1700,21 TFLOPS məhsuldarlıq göstəricisi ilə siyahıda liderliyni qoruyub saxlamışdır.
İkinci yeri "Hewlett-Packard" şirkətinin istehsalı olan 568,74 TFLOPS məhsuldarlığa malik yeni superkompüter tutmuşdur. Siyahının üçüncü pilləsinə RSK şirkətlər qrupunun istehsalı olan pik məhsuldarlığı 523,83 TFLOPS-a bərabər MBC-10П sahib olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.