Azərbaycan Prezidenti: Gələn il bizim üçün böyük quruculuq ili olacaq

31 Dekabr 2020 - 17:26 | Rəsmi xronika
Azərbaycan Prezidenti: Gələn il bizim üçün böyük quruculuq ili olacaq

“Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki, erməni vəhşiliyinin sərhədi yoxdur, hər tərəf dağıdılıb, hər tərəf viran edilib və aydındır ki, bu dağıntılar müharibə zamanı olan dağıntılar deyil. Çünki müharibə zamanı belə dağıntılar olmayıb. Müharibədən sonra, işğaldan sonra onlar bizim tarixi, mədəni, dini irsimizi silmək istədilər, şəhərlərimizi yerlə bir etdilər ki, heç zaman bundan sonra azərbaycanlılar o torpaqlara qayıtmasınlar. Amma səhv etdilər, yanıldılar, biz artıq qayıtmışıq, qayıdacağıq və Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib.