Sinqapurda 20 il yararlılıq müddəti olan batareyalar icad olunub

07 Noyabr 2014 - 16:36 | Texnoloji yeniliklər
Sinqapurda 20 il yararlılıq müddəti olan batareyalar icad olunub

Sinqapur alimləri 5 dəqiqəyə enerji ilə təchiz olunan və öz sahibinə 20 il xidmət edəcək batareyalar yaradıblar. Qadjetlərin müasir akkumulyatorları adətən 2-3 il yararlı olur və onları tez-tez enerji ilə təchiz etmək lazım gəlir.

Rusiyanın "ИТАР-ТАСС" informasiya agentliyinin məlumatına görə, nou-haunun müəllifləri Nanyan Texnoloji Universitetinin alimləridirlər. Professor Çen Syaodunun sözlərinə görə, bu icad bugün geniş istifadə edilən li-ion batareyalarından daha effektlidir.

Mobil telefon, planşet və digər qurğularda istifadə olunan akkumulyatorlar adətən 500 dəfə qida bloku ilə təchiz oluna bilər ki, bu da 2-3 illik yararlılıq müddəti deməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.