Azərbaycan alimi dünyanın ən nüfuzlu 2% aliminin siyahısına daxil olub

08 Dekabr 2020 - 11:55 | Mühüm hadisələr
Azərbaycan alimi dünyanın ən nüfuzlu 2% aliminin siyahısına daxil olub

Bu ilin oktyabr ayında Stenford Universiteti “Scopus” bazasının 2019-cu ilin məlumatları əsasında dünyanın ən nüfuzlu 2% aliminin reytinqini tərtib edib. Siyahıya 22 elmi istiqamət üzrə çalışan 161441 alimin adı daxil edilib. Qeyd edək ki, qiymətləndirmə məqalələrin və istinadların sayı əsasında aparılıb. Belə ki, siyahıya qiymətləndirmə aparılan ildə “Scopus” bazasında indeksləşən ən azı 5 məqaləsi olan və ən çox istinad olunan (ilk 2%) alimlərin adı daxil edilib. Bu barədə məlumat data.mendeley.com saytında yerləşdirilib. (Table-S7-singleyr-2019.xlsx) 

Məlumat üçün bildirək ki, dünyada “İnformasiya və kommunikasiya texnologiyaları” istiqaməti üzrə çalışan 215114 alimin arasından AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev də bu siyahıya daxil edilmişdir. 215114 alim arasında onun reytinqi 2505-ə bərabərdir. Başqa sözlə, Ramiz Alıquliyev dünyada qeyd olunan elmi istiqamət üzrə çalışan ilk 1.16% alimlərin sırasında yer almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.