İnstitutun şöbə müdiri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

19 Noyabr 2020 - 13:12 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev Robotika və süni intellekt üzrə 4-cü beynəlxalq birgə konfransın (4th International Joint Conference on Robotics and Artificial Intelligence – JCRAI 2021) elmi komitəsinin üzvü seçilib.

28-30 avqust 2021-ci il tarixlərində Çinin Qingdao şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt (agent və multi-agent sistemlər, ekspert sistemlər, qeyri-səlis məntiq, neyroşəbəkələr və s.), maşın görməsi (əlavə reallıq, bioinformatika, insan-kompüter qarşılıqlı əlaqəsi və s.), robotika (köməkçi, avtonom, mobil robotlar və s.), Data Science, “ağıllı” şəhərlər, təhlükəsizlik üçün Big data analitikası, biometriya, maşın təlimi və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.